Diqqət: Bazarda təhlükəli pomidor satılır » Qaynar xəbərlərin tək ünvanı

» » Diqqət: Bazarda təhlükəli pomidor satılır

Diqqət: Bazarda təhlükəli pomidor satılır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Diqqət: Bazarda təhlükəli pomidor satılır

 Son dövrlərdə Azərbaycanda istehsal olunan, eyni zamanda ölkədə idxal olunan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət daha da gücləndirilib.


Bu barədə Milli.Az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətindən (DFNX) bildiriblər.


DFNX-nin mətbuat katibliyinin verdiyi məlumata görə, Xidmətin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən bu günlərdə Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğluna məxsus istixanada yetişdirilən məhsullar üzərində kimyəvi-toksikoloji müayinələr həyata keçirilib.


Müayinələr zamanı pomidor bitkisinin tərkibində "İnsektisid" qrupundan olan "Supermetrin" adlı maddənın qalıq miqdarının normativ texniki sənədin tələblərinə görə normadan cox olduğu aşkar olunub.


Buna görə də ümumi cəkisi 500 kq olan pomidor bitkisinin istifadəyə yararsız olduğu üçün dövriyyədən çıxarılması qərara alınıb və məhsul 14 iyul 2016-cı il tarixdə "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.


Fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.7-ci (tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkicilik məhsullarının satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə üçün 300 manat məbləğində cərimə olunub.


Paylaş:


Müəllif : Baxış :
143932
Tarix:
14-07-2016, 20:15
  


loading...

Oxşar Xəbərlər