Avtovağzalda avtobus qıtlığı - Yenə qiyməti qaldırdılar+Video » Qaynar xəbərlərin tək ünvanı

» » Avtovağzalda avtobus qıtlığı - Yenə qiyməti qaldırdılar+Video

Avtovağzalda avtobus qıtlığı - Yenə qiyməti qaldırdılar+Video


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Avtovağzalda avtobus qıtlığı - Yenə qiyməti qaldırdılar+Video

 

Ramazan bayramının ilk günündə Bakı Beynəlxalq Avtovağlzal Kompleksində sərnişin axını müşahidə edilib. Bayram istirahətini fürsət bilən insanlar bölgələrə üz tuturlar. Ancaq avtobus azlığı problemi sərnişinlərin saatlarla avtovağzalda qalmalarına səbəb olub.

Bir neçə gün əvvəl bilet alan sərnişinlər də saatlarlardır avtobusa minə bilmirlər.

Avtovağzalda tələbin çox olmasından istifadə edib qiymət artıran sürücülər də olub.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyir ki, insanların axını gözləniləndən də artıq olub. Ancaq buna baxmayaraq, sıxlığı aradan qaldırmaq üçün əlavə 200-dən artıq avtobus xəttə qoşulub. Növbə rəisi, həmçinin bildirdi ki, təkcə dünən Avtovağzaldan bölgələrə 18 mindən artıq sərnişin yola salınıb. Eyni zamanda süni qiymət artımının qarşısını almaq üçün 11 nəfərdən ibarət qiymət komissiyası da yaradılıb.

AyMobi.Com "Xəzər Xəbər”in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
 


Paylaş:


Müəllif : Baxış :
31132
Tarix:
7-07-2016, 00:12
  






loading...