Nazir TÜSİAB-ın heyəti ilə görüşdü - Fotolar » Qaynar xəbərlərin tək ünvanı

» » Nazir TÜSİAB-ın heyəti ilə görüşdü - Fotolar

Nazir TÜSİAB-ın heyəti ilə görüşdü - Fotolar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Nazir TÜSİAB-ın heyəti ilə görüşdü - Fotolar

 

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Türk Sənayesi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzvləri ilə görüşüb.


"Qafqazinfo" xəbər verir ki, görüşdə TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat, təşkilatın katibi Ufuk Aydın, idarə heyətinin üzvləri Mehmet Əli Uğur və Mehmet Akbıyık iştirak edib.


Nümayəndə heyətini salamlayan Əbülfəs Qarayev ölkəmizin Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.


Eyni zamanda turizm sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyi haqqında danışıb.


Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd etdi, son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirib:


"Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır”.


Nazir iki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan danışdı, bu əlaqələrin inkişafının bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.

 

Nazir TÜSİAB-ın heyəti ilə görüşdü - Fotolar

 

Nazir TÜSİAB-ın heyəti ilə görüşdü - Fotolar

 

Nazir TÜSİAB-ın heyəti ilə görüşdü - Fotolar

 

Nazir TÜSİAB-ın heyəti ilə görüşdü - Fotolar


Paylaş:


Müəllif : Baxış :
41432
Tarix:
23-06-2016, 14:34
  


loading...