“Onu həbs etmək istəyirdilər” - İlham Əliyev » Qaynar xəbərlərin tək ünvanı

» » “Onu həbs etmək istəyirdilər” - İlham Əliyev

“Onu həbs etmək istəyirdilər” - İlham Əliyev


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Onu həbs etmək istəyirdilər” - İlham Əliyev

 Prezident İlham Əliyev bu gün görüş keçirib. 


AyMobi.Com AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı dekabrın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib.


Dövlət başçısı qonaqları salamlayaraq mərhum lider Heydər Əliyevin anım tədbirində iştiraklarına görə onlara minnətdarlığını bildirib:


"Ulu öndər Heydər Əliyev daim Azərbaycanın müstəqilliyi uğrunda çalışıb. Məhz onun yorulmaz səyləri nəticəsində ölkəmiz əsl müstəqillik əldə edib. O, xalqımızın ümummilli lideri kimi Sovet sistemindən müstəqilliyə keçid dövrünü təmin etmişdir. Sovet rəhbərliyində çalışan zaman ulu öndər Heydər Əliyev o vaxtkı Kommunist Partiyasının rəhbərliyini açıq şəkildə ittiham edən ilk insanlardan biri olmuşdur. Bu, hələ Sovet İttifaqı dağılmamışdan iki il qabaq baş vermişdi. O, hələ 1990-cı ildə Azərbaycanın müstəqilliyinin zəruriliyini bəyan edən ilk insanlardan idi. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda yüzdən artıq günahsız adamın həlak olması ilə nəticələnən Qanlı Yanvar hadisələrini törədən zaman o, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mən də onunla bir yerdə idim. Orada xeyli sayda azərbaycanlılar toplaşmışdılar və onlar Heydər Əliyevə böyük dəstək nümayiş etdirdilər. Heydər Əliyev orada Qanlı Yanvar hadisələrinə görə SSRİ-nin siyasi rəhbərliyini kəskin şəkildə ittiham etdi və bundan sonra Kommunist Partiyası sıralarından çıxdı. O zaman Heydər Əliyev işləmirdi, təqaüddə idi, sovet rəhbərliyi ona qarşı böyük təbliğat kampaniyasına başlamışdı, ona təzyiqlər edir, hətta həbs etmək istəyirdilər. Belə çətin şəraitdə Bakıya gəlmək qərarı verdi. Bakıda minlərlə insan onun ətrafına toplaşır və ona öz dəstəklərini göstərirdilər. Bundan narahat olan Azərbaycanın o vaxtkı rəhbərliyi ona Bakıda da ciddi təzyiqlər göstərməyə başladılar. Heydər Əliyev doğulduğu Naxçıvan şəhərinə getdi”.


Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı xalq tərəfindən Heydər Əliyevin Naxçıvanın Ali Sovetinin sədri seçildiyini vurğuladı və hələ 1990-cı ildə Azərbaycanın ilk demokratik respublikasının bayrağını dövlət bayrağı kimi qaldırdığını və bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycan parlamentinə müraciət etdiyini dedi. Dövlətimizin başçısı 1991-ci ildə Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referendumun o vaxt Naxçıvan tərəfindən boykot edildiyini də dedi. Prezident İlham Əliyev daha sonra bildirdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, sabitlik və əmin-amanlıq təmin edildi və yeni inkişafın başlanğıcı qoyuldu. Dövlətimizin başçısı Ulu Öndərin müasir Azərbaycanın dövlət quruculuğunda müstəsna xidmətlərinin xalq tərəfindən daim ehtiramla xatırlandığını dedi.


Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.


Paylaş:


Müəllif : Baxış :
52232
Tarix:
12-12-2016, 22:16
  






loading...

Oxşar Xəbərlər