Böhranda səyahət etmənin 7 üsulu » Qaynar xəbərlərin tək ünvanı

» » Böhranda səyahət etmənin 7 üsulu

Böhranda səyahət etmənin 7 üsulu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Böhranda səyahət etmənin 7 üsuluBöhrandır, gəlirimiz əvvəlki kimi deyil, və yaxud da əvvəlki əmək haqqı olsa belə ərzaq bahalaşıb, yaşamaq çətinləşib deyib səyahəti arxa plana atma. Əksinə, nə qədər qənaətcil biri olduğunu göstərmənin əsl vaxtıdır.

Təcrübəli səyahətçilər az pulla səyahət etmənin 7 üsulunu fikirləşiblər.

1. Yay tətilini qışdan planlamağa başla

Təyyarə və otel bronunu əvvəlcədən etmək uğurlu səyahətin ən sadə üsullarından biridir. Məsələn, bir çox turagentlər qışda yay tətilləri üçün 40, hətta 50 faizlik edirimli turlar təklif edirlər.

2. "Qaynar tur”lar axtar

Səyahəti bir neçə ay öncədən planlamağı sevmirsənsə, o zaman "qaynar tur” tam sənlikdir. Əsas məsələ macəralara hazır olmaqdır. Axı mövsümdə büdcəyə uyğun tətil tapmaq ucuz başa gəlmir. Belə səyahətlərdə əldə olan fürsətdən maksimum istifadə etməyi bilməlisən. Bəlkə gedəcəyin yerdə şəhərin mərkəzində rahat bir oteldə gecələməyəcəksən, lakin ətrafda uyğun yer tapa biləcəksən. Şəhər mərkəzində yox, kənardakı hosteldə qal, restoranda yox, marketdən aldıqlarınla qidalan və s.

3. Ucuz mövümdən faydalan

Bəzən maddi baxımdan daha sərfəli səyahət edə bilmək üçün adətini dəyişməli olursan. Məsələn, yeni il və yaxud yay tətili bitdikdən sonra turagentliklərin təklif etdikləri səyahət paketlərinin qiymətləri yarı-yarıya endirilir. Əlbəttə, hamı mayın ortasında, hələ havalar tam isinməmiş dənizə girməyə hazır olmur. Lakin havaların üzü istilərə doğru getdiyini nəzərə alsaq su elə də soyuq olmaz. Bu ayda Yunanıstan, İspaniya və Kiprə getmək çox uğurlu seçim olar. Çünki boğucu istilər hələ düşməyib. Muzeylər, əyləncə mərkəzləri də artıq bu aydan mövsümün açılışını edirlər.

4. Səyahətinin təşkili ilə sırf özün məşğul ol

Doğrudan da uyğun qiymət axtarırsansa, onlayn-servislərdən yararlan. Günümüzdə internet vasitəsilə artıq hər şey əlçatandır. Zamanını ayır, axtar, araşdır. Həm ürəyinə, həm də büdcənə uyğun səyahəti tap. Turagentliklərin təklif etdiyi ən aşağı səyahəti "Aşağı qiymətlər gündəliyi” vasitəsilə müəyyən etmək olur.

5. Səyahət zamanı necə qidalanacağın haqda da düşünməlisən

Gedəcəyin ölkədə heç də hər zaman qidalanmaq ucuz başa gəlmir. Əsasən də turistlərin daha çox axın etdiyi yerlərdə qiymətlər adətən baha olur. Turagentliklərin səyahət paketini baha edən səbəblərdən biri də restoranlardır. Səyahətini planlayarkən otel yox, uyğun qiymətə mətbəxi olan ev kirayələyib yeməyini özün bişirsən büdcən üçün daha sərfəli olar.

6. Birgə səyahət

Bu, büdcən üçün əsl bayram deməkdir. İki və daha artıq insanla səyahət zamanı qalacağın otel və ya evin pulu yarıya bölünür. Buraya həmçinin taksi pulu və digər xərclər də daxildir.

7. Vətəndə qal

Təklif etdiyim 6 üsul böhran vaxtı aldığım maaşla səyahət etməyə imkan vermir deyirsənsə, o zaman ölkədaxili uyğun səyahət turlarını nəzərdən keçir. Azərbaycanın da gəzib-görməli yerləri çoxdu. Mütləq görmədiyin yer qalıb. Ölkədaxili turu yoxla. Niyə də olmasın?!

Yetər ki, ruhunun dinlənəcəyini düşündüyün bir yerlərə get. Bu qədərini özünə çox görmə

Mənbə: seyahetciblog.wordpress.com

Paylaş:


Müəllif : Baxış :
27632
Tarix:
20-04-2016, 08:03
  


loading...