Yalançını Yaxalamağın 10 Yolu » Qaynar xəbərlərin tək ünvanı

» » Yalançını Yaxalamağın 10 Yolu

Yalançını Yaxalamağın 10 Yolu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Yalan insanların bir-birilərini aldatmaları üçün istifadə etdikləri bir üsuldur. Yalançı insanı anlamaq isə bizləri qarşımızdakı insana qarşı daha güvənli hala gətirəcəkdir. Budur yalan söyləyəni tanımağın 10 yolu:

1)Qarşınızdakı insanın gülümsəməsini incələyin. Məcbur gülümsəmələr zamanı təkcə ağız iştirak edir. Rahat kimi görünməsinə baxmayaraq sıxıntını ya da qarşınızdakı insanın vəziyyətdən məmnun olmadığını görə bilərsiniz. Bu cür gülümsəmələrin çoxunda dişlər görülməz. Həqiqi gülümsəmə ağızla deyil, üzlə edilir. Gözlər qısılır, dişlər görülür. Çox az insan həqiqi və saxta gülümsəmələri senxronizə edə bilir.

2)Əl, qol və ayaqlara diqqət! Yalan zamanı baş verən gərginlik səbəbi ilə hərəkətsiz, qatı və ya süni hərəkət edə bilərlər. Əllər qovuşmuş vəziyyətdə, əllərin tez-tez başa aparılması, qulaq və burunla oynayırmış kimi hərəkətlət müşahidə olunur.

3)Tərləyirlərmi? Yalan söyləyənlər yalanlarından artıq tər atarlar.

4)Lazımi, lazımsız çox danışırlarmi? Danışırlarsa çarəsizlik içində sizi özlərinə inandırmağa çalışırlar.
 
5)Gözbəbəklərinin hərəkətlərinə baxın. Yalan danışan insanlar birbaşa göz kontaktına keçmək istəməzlər. Tez-tez göz qırpmağa başlaya bilərlər. Sağ əlini istifadə edən birinə sual verdiyiniz zaman gözbəbəyi sağ tərəfə yönəlirsə, birşey xatırlamağa çalışır, sol tərəfə yönələrsə praktik zəkasından istifadə edib yalan söyləyəcək deməkdir. Sol əlindən istifadə edənlər üçün isə tam tərsi keçərlidir. 
 
6)Duyğusal olaraq incələyin. Duyğular geridən gələrlər, normaldan uzun müddət qalırlar və birdən birə geri qayıdırlar. Buna görə də bəzən insanın söylədiyi ilə həyacanı bir-birinə uyğun gəlməyə bilər.
 
7)Suallarınıza reaksiyasını yaxından izləyin. Yalançılar özlərini narahat hiss etdikləri üçün ya bədənlərini başqa istiqamətə çevirməyə və ya qaçmağa çalışarlar, ya da sizinlə aralarında bir mesafə qoymağa çalışarlar. Günahsızlar hücuma, günahkarlar isə tez bir zamanda müdafiəyə keçərlər. 
 
8)Kəlimələrdən limitli istifadə edib etmədiklərini düşünün. Bəzi sözlər ipucları verə bilər:
*Sizin sözlərinizi təkrarlayaraq cavab verərlər. 
*Birbaşa cavablardan qaçarlar, qısa və ümumi cavab verərlər.
*Çox danışaraq sizi inandırmağa çalışarlar.
*Monoton bir tonda danışarlar.
 
9)Söhbətə başlamadan əvvəl qısa bir səssizlik anı meydana gətirin. Qarşınızdakının nə qədər narahat olub olmadığı izləyin.
 
10)Mövzunu birdən dəyişdirin. Günahsız insan mövzunun dəyişdirilməsindən narahat olub geri qayıtmaq istəyəcək, yalançı isə hər şeyin bitdiyini, yaxşı olduğunu düşünəcək.
 
Tərcümə edən: Cəlalə Yəhyalı  /Cazibe.info/

Paylaş:


Müəllif : Baxış :
27732
Tarix:
19-02-2016, 14:25
  






loading...