Ey,gözəl radio... » Qaynar xəbərlərin tək ünvanı

» » Ey,gözəl radio...

Ey,gözəl radio...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Ey,gözəl radio...

 Azərbaycan radiosu mənimcun yaradıcılıq məktəbidir. Bu müqəddəs məkan - 90 yaşlı radiomuz,yarandıgı gündən boynuna düşən işin öhtəsindən layiqincə gəldi.Fəaliyyətə başladığı ilk gündən xalqımızın ən dəyərli ziyalıları,ışıqlı adamları sinələrini sipər edib səngər qarşısında dayanan kimi radiomuzun yanında oldular.Radio ilə gələcəyə,aydın gələcəyə birgə addımladılar.


Ilk bədii verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak etdilər.Bu siyahını uzatmalı olsaq,Uzeyir Hacıbəyovun,Müslüm Maqomayevin,Məmməd Səid Ordubadinin,Cəfər Cabbarlının,Səməd Vurğunun,Hüseynqulu Sarabskinin, Bülbülün, Mustafa Mərdanovun və digərlərinin adlarını qeyd etmək olar.


Azərbaycan ziyalılarılarının sanki hər biri radioyla əməkdaslıq etməyə borclu idilər.Aydınlarımız müxtəlif illərdə radionun keşiyini cəkdilər,şərəfini uca tutdular.And yerinə,qibləgaha çevirdilər.


Mikayıl Rəfili,Cəfər Xəndan,Qulam Məmmədli,Adil Əfəndiyev,Lətif Kərimov,Mübariz Əlizadə,Ələsgər Məmmədov,Abbas Gülməmmədov, Cəfər Hacıyev,Hüseyn Məcnunbəyov,Cabbar Cabbarov,Fazil Babayev, Mina Bayramova,Şərif Vəliyev və yüzlərlə,minlərlə tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar da radio üçün öz töhfələrini verdilər.


Müasir texnologiya indi o qədər inkişaf edib ki,canlı yayımla radio-televiziya verilişini ötürmək çox asanlaşıb.Amma canlı yayımla baglantı qurmağı Azərbaycan radiosu 1928-ci ildə, Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüşü,Azərbaycan Elmlər Akademiyasının böyük salonundan canlı olaraq yayımladı.Bu ilkdə də Azərbaycan radiosu boy çıxartdı.


Böyük yazıçı Maksim Qorkini gorə bilməyənlər onun səsini radiodan eşitdilər


Hərbiçi Əsgər Mövsumzadə,əməkdar artist Leyla Terequlova,filoloq Soltan Nəcəfov,sair Mirvarid Dilbazi,Hüseyn Qafarlı,Rafiq Agayev də diktor vəzifəsində çalışdılar.


Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə Fatma Cabbarova, Zuleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdi.


Butun bu sadaladıqlarımla yanaşı radio eyni zamanda özünün qızıl fondunu da yarada bildi."Qızıl fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar,şair-yazıçılarımızın,alimlərimizin,aşıqlarımızın səsləri qorunub saxlanır.


Dəyərli dinləyicilərimiz,millətin maarfilənməsi üçün gecəni-gündüzə qatıb çalışan aydınlarımız zəhmətləriylə radionu bu günümüzə çatdırdılar.Radio onların əmanəti,yadigarı kimibizimlədir.Onu da qeyd edim ki,radio-televiziyamız bu gün də uğurlu əllərdədir.


90 yaşlı Azərbaycan radiosunda çalışmaq mənim də taleyim yazılıb.Nə mutlu bana. Düz on ildir bu müqəddəs məkanda çalışıram.Sanki hipokrat andı içmiş kimi əhdimə sadiq öz peşə borcumu yerinə yetirməkdəyəm.


2005-ci ildən dinləyiciləri salamlayır, hazırladığım mövzularla onların görüşünə gəlirəm.Ilk çalışdığım günlərdən radioda çox ünlü radioçuları, qocaman jurnalistləri,sevilən şair və yazıçıları gördüm.Onlarla həttda müəyyən illərdə çiyin-çiyinə də çalışdım.Kələntər Kələntərli,Qaçay Köçərli, Ibrahim Göyçaylı,Akif Səməd,Əhməd Həpo,Möhbəddin Səməd,Mövlud Süleymanlı,Camal Yusifzadə,Zakir Sadatlı,Elxan Məmmədli,İntiqam Mehdizadə kimi tanınan imzalar məhz radionun vasitəsiylə mənim tərcümeyi-halıma yazıldı.


Ustad şairimiz Ramiz Rövşənin təbiriycə desək bir uzağa gedən gəmiyə minib uzaqlara gedirəm.O uzaqlara məni radio aparır.Uzaqlarda həm keçmiş var,həm də gələcəkdə görüləsi yaradıcılıq planları


Bu gün də radioda ustadlar çalışır.Mirzə Yusif,Əhməd Oğuz,Kamil Əfsəroğlu,Tahir Talıblı,Bəxtiyar Bəxtiyarov və onlarla bu cür nəhəng imzalarıb adlarını qeyd etmək olar.


"Yurd yeri” verilişində dəyərli ziyalılarımızı, folklorşünas alimlərimizi, agzıdualı ağbirçəklərimizi, dünyanı dörd dolaşmış babaları, xalqımızın mənəviyyat boxçası olan aşıqlarımızı mütamadi verilişlərə dəvət edir,dinləyiclərlə görüşdürürəm.


"Irəvan Çuxuru” verilişi demək olar mənim üzərimdə olduqca məsuliyyətli bir yükdür.Qədim-qayım oguz - türk yurdu olan, indi Ermənistan adlandırılan dədə-baba torpaqlarımızın tarixi, folkloru,ədəbiyyatı,aşıq yaradıcılığı,qədim yurd yerlərimizin toponimləri,etnonim və antroponimləri, o yörələrimizdə yaşayan türk tayfaları,onların mədəniyyəti,folklor nümunələri alimlərimizlə birgə geniş şəkildə araşdırılır və dinləyicilərə təqdim olunur.


"Obalardan babalardan” folklor toplusu verilişi də adından göründüyü kimi, obalarımızın və o,obalarımızın yadigarları olan babalarımızın folklorla bağlı bildikləri,yaddaşlarında adları kimi bildiyi el-oba deyimlərini, hərəsi bir dastan qədər qədim olan nənələrimizin də sirli-sehirli nağıllarını,laylalarını,oxşamalarını,bayatılarını,alqış və dualarını, məhz bu proqramda dinləyicilərə təqdim olunur. 


Verilişin sloqonu da verilişin mahiyyətindən yaranıb."Agsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar". Tanrı hər birimizi agsaqqalı, agbirçəkli eləsin.


"Obalardan-babalardan"folklor toplusuyla bağlı bir xatirəni də burada xatırlatmağı özümə borc bilirəm.Bu veriliş yarananda mərhum yazıçımız Əlibala Hacızadədən xahiş etmişdik ki,verilişin başlıq musiqisi üçün sözlər yazmışdı.Pir olmuş da sözümüzü yerə salmayıb sözləri yazmışdı.Lakin verilişin ərsəyə getməsinə çox az bir vaxt qalanda ustad yazıçımız bu dünyayla haqq-hesab eləyib haqq dünyasına qovuşdu.Bu yerdə ona da Tanrıdan rəhmət diləyirəm.Yeri uçmaq olsun.


Radioyla əməkdaşlıga başladıgım gündən bu günə kimi maraqlı xatirələr,təssuratlar yaranıb.Əslində onların hər biri bir yazı şəklində qələmə alınmalıdır.O,xatirələrdə gələcək üçün marağa səbəb olan xeyli sayda nüanslar var. 


Bu sadaladıqlarımdan sonra heç də demək olmaz ki, mən radioda müəyyən qədər verilişlər hazırlamışam.Əksinə qarşıda tətqiqat aparası,hazırlayacağım çox verilişlər var,ey gözəl radio.Bunlar isə üzümüzə gələn ildə mənim öhdəmə götürdüklərimdir.

Savalan Talıblı


Paylaş:


Müəllif : Baxış :
14332
Tarix:
22-12-2016, 00:17
  






loading...