Doğru insanı seçdiyinizi bildirən ən mühüm əlamət » Qaynar xəbərlərin tək ünvanı

» » Doğru insanı seçdiyinizi bildirən ən mühüm əlamət

Doğru insanı seçdiyinizi bildirən ən mühüm əlamət


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Doğru insanı seçdiyinizi bildirən ən mühüm əlamət

 Bəzi şeylər sizin seçiminizin nə qədər doğru və ya yalnış olduğunu müəyyən etməyə kömək edir

Həyatımızda müəyyən hadisələrin təsiri ilə enişli-yoxuşlu mərhələlərin olması mümkündür. Bu kimi hadisələrdən sonra bəzən insanlara olan inam və etibarımızı itirir, həyati məsələlərdə səhv qərarlar verməyimizə aparan hadisələr burulğanına düşürük. Nəticədə təkliyə meylli olur, təhlükəsizlik məqsədi ilə cəmiyyətdən uzaqlaşa da bilirik. Lakin bir çoxu bilir ki, bu heç də düzgün çıxış yolu deyil. 


 

Bəs bütün bunların qarşısını necə ala bilərik? Səhv etmədiyimizi, münasibət və ya dostluq üçün doğru insanı seçdiyimizi bilmək üçün nələrə fikir verməliyik? Bunun üçün universal bir qayda mövcuddurmu? Bu suallara cavab isə təsdiqedicidir. Bəli, həyatında olduğunuz insanın doğru seçim olduğunu və sizə dəyər verdiyini bildirən bir əlamət həqiqətən də mövcuddur. 


Bu əlamət çox sadədir: Yanınızda olan insan sizin varlığınızla qürur duymalıdır. Bu olduqca işləyən bir qaydadır. Əgər sizin onun yanında olmasından qürur duyduğunu hiss edirsinizsə, bu artıq bir çox şeyin gözəl olacağına işarədir. Bunu hiss etməyin də yolu olduqca sadədir. Müşahidələriniz sizə bundan əmin olmağa kömək edəcək.



Belə ki, həyatınızda olan şəxs hisslərini açıq-aydın ifadə edə bilməyən bir insan da ola bilər. O sadəcə yanınızda olmaqla öz sədaqətini və sevgisini sizə göstərir, sözlərə çox da əhəmiyyət vermir. Lakin əgər qulağıyla sevənlərdənsinizsə, bu sizə kifayət etməyə bilər və onun sizin yanınızda olmaqdan həzz almadığı yanılmasına qapıla bilərsiniz. Bu halda sizə müşahidələriniz kömək edəcək. Sevdiyiniz insanın sizi sevgiylə izləməsi, dost əhatəsində etdiyiniz hər hansı bir söhbətə maraq və təbəssümlə qulaq asması, sizi daima öz ətrafı ilə tanış etməyə həvəsli olması məhz sizinlə nə qədər qürur duyduğunu göstərən əlamətlərdir. Bu cür insanlar məhz gözləri və davranışları ilə sevgilərini sübut edirlər. 


Bir sözlə, əgər seçiminizin doğru olduğundan hələ də tam əmin deyilsinizsə, mütləq bu qaydanın yerində olub-olmadığını yoxlayın.


pahoo.az


Paylaş:


Müəllif : Baxış :
52632
Tarix:
13-09-2016, 08:56
  


loading...