BU MUSİQİ, DALQALARI SAHİLƏ ÇIRPAN XƏZƏRİN COŞAN SƏSİDİR » Qaynar xəbərlərin tək ünvanı

» » BU MUSİQİ, DALQALARI SAHİLƏ ÇIRPAN XƏZƏRİN COŞAN SƏSİDİR

BU MUSİQİ, DALQALARI SAHİLƏ ÇIRPAN XƏZƏRİN COŞAN SƏSİDİR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
BU MUSİQİ, DALQALARI SAHİLƏ ÇIRPAN XƏZƏRİN COŞAN SƏSİDİRBU MUSİQİ, DALQALARI SAHİLƏ ÇIRPAN XƏZƏRİN COŞAN SƏSİDİR

Dahi bəstəkar Fifrət Əmirov haqqında  bir neçə kitab, həyat və yaradıcılığı barədə  yüzlərlə  tədqiqat işi və məqalə yazılmışdır. Bu kiçik yazıda isə bəstəkarın musiqisini dinlərkən keçirdiyim hissiləri  qələmə almışam.  Bu bir çoxlarına qəribə gələ bilər. Əlbəttə bu qəribəlik hər gün eşitdiyim Fikrət musiqisindən yoluxan qəribəliklər olması heç kimdə şübhə doğurmamalıdır.

Bəstəkar xəyalında sayrışan musiqi cümlələri simfonik musiqiyə  cevriləndə müəyyən forıalara  variasiyalara çevrilir.  Bəstəkar qəlbibdə coşub -daşan bu hissilər, Dinləyici qəlbində özün necə aparır?  

 "Kqrd ovşarı" simfonik mamının  girişinə fikir vermisinizmi? Bu bir el şənliyini tərənnüm edir ancaq bu günkü  adamlarımızın deyil Nizami, Nəsimi  dövrü xalqımızın  qurduğu şənliyə qəlbimdə  daha uyqun gəlir.  Musiqi ifa boyu  gözüm qarşısında keçənlər özümə  məxsus proqramlı simfonik  muğam yaranır. Buda son:  Addım-addım sirvəyə yüksələn xəyallar. " Əli qandallı əsarət zülmündən asad olmuş yüksələn musiqi fonunda biləkdəki zənciri qırmağa  çalışan  son musiqi nidası həmdə qırılan zəncirin səsidir. Sərilib qucaqladığı torpağı öpəni həm də  "Kürd Ovşarı"nın sonu tamamlayır

FİKRƏT ƏMİROV
Bəstəkarın ölümündən ötən bu uzun illər sübir edir ki,

Bu dahi bəstəkarın musiqi əsərləri: Operası, baletləri, simfonik muğamları,  piano konsertləri mahnı, romansları Azərbaycandan pərvazlanaraq dünyanın dörd bir yanına uçuşdadır. Bu musiqi həmişə təsə-tər, xalqımızın qəlbindədir. Demək olar ki, biz hər gün onun musiqisini eşidirik. Bütün bunlar göstərir ki, xalqımız yaşadıqca, kiassik musiqi varsa , Fikrət Əmirov da yaşayacaqdırş. Qeyri adi "Azərbaycan Kapriççiosu "nu  dinləyirəm. Min bir həyacan duyulan kapriççioda dahi bəstəkar qəlbinin hansı sirrlərindəm, əlçatmaz xəyallarından musiqimizin dadını, -tamını duyuruq!

Bu böyük bəstəkarın musiqisidə xəyalları kimi coşğun, təlatümlüdür, onun musiqisi coşqun çaylar, dağ seli kimi çılğın,qıjovludur. dalğaları sahilə çırpan Xəzərin təlatümlü gürultusunu andırır. "Bu sesden yer titrəyir. həssas insanların qəlbi fərəhlə döyünür.”.. O, öz musiqisi ilə coşğun hisslərini musiqi sevərlərin yaddaşına həkk edir. o öz simfonik muğamları ilə qərb simfonizminə qərb şüuruna yeni düşüncə tərzi, Azətbaycan musiqisinin şirin dilini, muğamlarımızın abır-həyasını gətirdi..
"Azerbaycan kaprioççsu" ilə qərb simfonizminə qara bulutlarda çaxan şimşək gürultusun gətirdi. 

Bu həmdə böyük bəstəkarın  " üsyankar ruhunun səsidir" Kapriççio sanki hər dəqiqə partlaya bilən barıt çəlləyinin yanından ötüb keçir.Əsərə qulaq asarkən bəzən hiss edirsənki hansısa baş verə biləcək qeyri adi hadisənin ərəfəsidir. Elə bu an "Gözəlim sənsən”in xəyalpərvər, şirin nəfəsi duyulsada bizim ovqatımızı canlandırır.  Bu mövzu ötüb feçsə də qəlblərdə şirin ovqat yaradır. O,Azərbaycan musiqisinə, başlıca olaraq muğamlarımıza bəslədiyi böyük məhəbbəti sayəsində, dünyanın ölməz dahi bəstəkarları kimi geniş musiqi dinləyici kütləsinin sevimlisinə çevrilmişdirş


Bəstəkarın mənzilindəki qırmızı royalın üstünə qələmfil buketi qoyan xoşbəxtlərdənəm
 

 
Yazar: Aydın Alıyev Aymobi.com 


Paylaş:


Müəllif : Baxış :
69132
Tarix:
12-05-2016, 23:19
  


loading...