Bəhs olunan mahnının ən gözəl ifaçısı Rubəbə xanımın əziz xatirəsinə həsr edirəm » Qaynar xəbərlərin tək ünvanı

» » Bəhs olunan mahnının ən gözəl ifaçısı Rubəbə xanımın əziz xatirəsinə həsr edirəm

Bəhs olunan mahnının ən gözəl ifaçısı Rubəbə xanımın əziz xatirəsinə həsr edirəm


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Uzun illər təklik haqda oxusan da yüzlərlə doslar arasında tək-tənha qalmağı bacardın. 
Sən həm də bizim  qəlblərə od vuran ən xoşbəxt "nakam Leylimiz" olmusan 53-İL ömrünün çiçək açdığı  dövrü  bizi tərk etdin.
 
GEDİR DÜNYALAR GETSİN GETMƏSİN HƏMDƏM ƏLDƏN AMAN KƏKLİK ƏLİNDƏN II Dünya Müharibəsi illəri bizim atasız illərimiz idi. Atamız elə o müharibədə də həlak oldu. Ucu-bucağı görünməyən meşə kimi bağımızın son ucuna biz uşaqların günün günorta çağı getməsinə qorxardıq.
 
Evimiz şəhərin ən ucqar qurtaracağında idi. Gecələr yırtıcı heyvan hənirtisi, səs-küyündən ürpənir,vahimələnirdik. Bir yaz günü qonşuluqda ev tikildiyini görüb xeyli sevindik. Evi tikən ustalar hava mülayim olanda tikdikləri evdə gecələyirdilər.
 
Gecələr ordan xoş səsli musiqi eşidilirdi.Belə axşamlar pilləkən başına düzülərək zülmət gecədə sanki, qeyibdən gələn muğam və mahnıları dinlərdik.O vaxtlar elə bir "Bayatı Şiraz" dinlədim ki, bu muğam sanki qəlbimi yaraladı . Sonralar uzun illər elə indiyə kimi o ifanı xatırlayır, həsrətin çəkirəm.
 
O vaxtlar eşitdiyim belə bir mahnı qəlbimi yerindən oynatmışdı. Qələnfiləm dəstəyəm Bülbüləm qəfəsdəyəm Gedin deyin o yara, Həsrətindən xəstəyəm Aman Kəklik əlindən Bidad Kəklik əlindən İndi müğənnilərimizin əksəriyyətinin oxuduğu mahnını bu sözlərlə ilk dəfə o vaxtlar eşitmişəm. Mahnının sözlərini yada salanda, musiqisini eşidəndə nədənsə adamı kədərli fikirlər bürüyür. Musiqidə o qədər təravət, kövrəklik var ki, harada oxunsa, orada bir xəyalpərvərlik var, orada sükut, ümumi əhval-ruhiyyə var. Hələ desən, bəzən göz yaşları da olur. Sanki mahnı dil açır, yalvarır.
 
Sayda Mamedova adlı müəllif "İncəsənət və mədəniyyət" jurnalında Ü. Hacıbəyovun işlətdiyi mahnılardan bəhs edərkən, sadaladığı bir neçə mahnı arasında bu mahnının da adını qeyd edir . Ü.Hacıbəyovun əli, nəfəsi toxunduğu hər fikir, hər musiqi kimi bu mahnı da həzin ürəyə yatımlıdır . Azərbaycanın barmaqla sayılan az mahnısı var ki, "aman təklik əlindən" dəki kimi dərd-qəmə bürünmüş olsun! İndi isə mahnıda mübahisə doğuran bir məsələyə nəzər yetirək.
 
Aman getdi dəm əldən, Qoymaz məni qəm əldən. Gedir, dünyalar getsin, Getməsin həmdəm əldən. Məncə, mahnının sözlərində ən qüvvətli deyim "gedir dünyalar getsin"dir. Aşıq həm bu dünyada hər cür rahatlıqdan, həm də axirət dünyasındakı cənnətdən əl çəkir, təki həmdəmi əldən getməsin. Məhəbbətin yenilməzliyi bu mahnıda, bu sətirdə özünü təsdiqləyir. Mənim əlimdə 10-dan çox müğənninin oxuduğu "Aman Kəklik Əlindən" mahnısının video və audio yazısı var. Onların arasında G.Məmmədov, S.Məmmədov, H.İsmayılov, A.Orucova, Azərin, N.Hüsenova, N.Teymurova, Q.Rüstəmov, T.Aslanov lent yazısı var.
 
Bütün bu müğənnilər arasında bircə nəfər hörmətli müğənnimiz Mənsum İbrahimov həmin mahnını "gedir dünyalar getsin" şəklində oxuyur. Başqaları isə bu yeri "dərd getsin" "əğyar getsin" "dərd-qəm getsin" kimi oxumuşlar və "qərd qəmlər,, "öz  canım,, "özgələr" kimi yersiz ifadələr işlətmişlər. Çoxları bilmir ki, mahnının əsl adı "Aman təklik əlindən" deyil, "Aman Kəklik əlindən"dir. Yaddaşıma həkk olunanlara görə deyə bilərəm ki, mahnı Kəklik adlı qıza həsr olunub. Dahi şairimiz B.Vahabzadə bir neçə il bundan əvvəl televiziya söhbətlərinin birində mahnının sözlərinə toxunmuşdu.
 
Şair fikrini bu cür əsaslandırmağa çalışırdı ki, mahnının adı təhrif olunub, quş haqqında nə mahnı?.. Azərbaycanın şəhər və kəndlərində istənilən qədər Kəklik adlı qadınların olduğu şairin nəzərindən nədənsə qaçmışdı. O zamanın müğənniləri Ş.Ələkbərova, G.Məmmədov və başqaları, eləcə də bugünkü müğənnilər bu mahnını şairin arzuladığı kimi oxuyurlar. Mahnı ilə əlaqədar yaddaşımda 60-65 il bundan əvvəlin dumanına bürünmüş xatirələrimi yada salıram. Qohumum, qonşum Rza kişinin oğlunun toy məclisi idi. Xalqımızın adət-ənənəsinə görə, toyların sonu bəy tərifi ilə sona çatır .
 
Həmin toyu aparan xanəndə Ağabala Abdullayev arada tərif musiqisini saxlayıb, başqa mahnı oxumağa başladı Qərənfiləm, dəstəyəm, Bülbüləm, qəfəsdəyəm. Gedin deyin o yara, Həsrətindən xəstəyəm. Aman Kəklik əlindən, Nə gəlirsə qəbulum, sənə mən qurban olum. Bu çağırış toy evinin yaxın qohumu Kəklik adlı xanıma aid idi. Nə vaxt bu mahnı səslənsə payızın pərişan, qüssə gətirən mənzərələri FÜZULİNİN sükuta dalmış çiskinli yamacları gözlərim qarşısında canlanır.
 
Ardı gələcək!
 
Yazar: Aydın Alıyev Aymobi.com 

Paylaş:


Müəllif : Baxış :
52432
Tarix:
20-04-2016, 20:19
  


loading...