Bülbül Azərbaycan professional vokal sənətinin banisidir. » Qaynar xəbərlərin tək ünvanı

» » Bülbül Azərbaycan professional vokal sənətinin banisidir.

Bülbül Azərbaycan professional vokal sənətinin banisidir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bülbül Azərbaycan  professional vokal sənətinin banisidir.Əmək kitabcamı açıb işdən  qovulma tarixini Ədilə xanına gösrərirəm- "boy! bu ki, Bülbülün dəfn günüdür!" -İkimizdə susuruq bir neçə damcı göz yaşı əmək kitabcamın  üstünə damcılayır. Əlilə nə isə gəzirdi  gənc işci qız ona dəsmal uzatdı.   Hannan-hana- " Bilirsiz məni yandıran nədi  Üzerin xidməti Üzeyrin, Müslümün  də xidməti Müslümün olsun  bəli Bülbülün də xidməti başqalarının adına yazılmasın
Bülbül Azərbaycan  professional vokal sənətinin banisidir.
Bülbül tədqiaqtcı folklorcudur.
 
ƏSƏRƏM  KÜLƏK  KİMİ,
BİTƏRƏM  QAMIŞ  KİMİ,
OĞLANA  QIZ  YARAŞIR
XƏNCƏLƏ  GÜMÜŞ   KİMİ.
Bülbül aşıq sənəti tədqiqatçısı və aşıq sənəti ilk qurultayını təşkil edən və keçirən alimdir. Mən istəmirəm Bülbülü tanımayan jurnalistlər   Bülbül barədə ."yazıb" özlərini reklam etməsinlər" 

Birgə həyatlarından uzun illər keçsədə  dahi müğənniyə olan məhəbbət  əvvəlki gücünü saxlamaqdadır! 

Azərbaycanın dahi müğənnisi Bülbül Azərbaycan vokal, musiqi dünyasına bir şimşək bir meteor kimi daxil oldu, ilahi səsiylə həm özünü həmdə professional vokalçılar ordusunu tərbiyə etdi və Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyovun "Koroğlu” operasını yetim qoyub getdi. Azərbaycan opera sənətimiz, özünün ən gözəl dövürləri üçün Bülbül Sənətinə minnətdar olmalıdır. O Bülbül Koroğlu ki, Azərbaycan opera səhnəsində, əl çatmaz uca bir zirvədə özünün ayrıca bir "Çənlibel” Qalasını yaratdı. O, bu qaladan 400 dəfədən çox hüçum çəkərək düşmənlərimizin xanimanını yerlə yeksan etdi. Bu hücumlardan ziyan çəkən tərəf olmasada, qazanan böyük xalqımız, mədəniyyətimiz və incəsənətimiz oldu. Dahi müğənninin vəfatıdan sonra bu operamıza atalıq etmək istəyənlər çox olsada Bülbül nəvazişi, Bülbül atalığı göstərə bilən olmadı.

Mən ilk dəfə ucalıq, əsil dağ vüqarı, dağ əzəməti ilə ətəyində durub quş qonmaz yalçın dağ zirvəsini görəndə qarşılaşmışam. Min bir çətinliklə zirvəyə qalxıb dayananda zirvədən uçsuz-bucaqsız gözəlliklə zəngin, yaxın-uzaqlara baxdıqca zirvədən başlayan bir dünyayla qarşılaşmışam. Məni zirvədə gümrahlıq, məğrurluq hissiləri bürüyüb Bu dünyada olan gözəl işlər, əməllər haqda fikirləşmişəm. Mənə elə gəlir ki, bunun əksini zirvədə heç kəs fikirləşməz. Ətəyində görünən əzəməti zirvədə durana pay verir dağlar. Xudpəsənlik, riyakarlıq, bayağılıq, açgözlülük zirvədə unudulan hissilərdir.

Zirvədən oyana başlayan qasırğalı, fırtınalı bu narahat dünya,Tanrı ərazisi və tanrıya yaxınlıqdır. Bu ərazinin fəxri vətəndaşlarından biridə dahi müğənnimiz Bülbüldür.

Nədənsə dağ, zirvə haqqında bu söz-söhbətim mənə doğma doğma Azərbaycan mahnı və muğamlarımızı xatırladır. Nə qədər ki, bu musiqidən az baş açırsan”görünən” onun əzəməti, böyüklüyü olur. Elə ki, yaxından ona bələd olursan, qəlbən qovuşursan, musiqi hər bir adam üçün daxili tələbata, mənəvi azadlığa çevrilir. O hər bir ürəkdə məskən salmır. Çox vasvasıdır, qəlbdə hər cür lovğalığı və naqisliyi qovub yerində rahatlanmağı sevir. Elə məndə zirvədən o yana başlayan,Tanrı ərazisi olan Azərbaycan musiqisindən onu yaradan, dünya xalqlarına sevdirənlərdən biri haqda söhbət açmaq istəyirəm. Bu dahi müğənni Bülbülü yada salarkən boya-başa çatdığı Qarabağ torpağını, onun təbiətini mühüm amil kimi xatırlamamaq düzgün olmazdı. Bülbülün səs dünyasını dərk edəndən bəri bu səsin ziyası mənim həyat yolumu məni qəlbən ziyalı etmişdir.Sanki bu səs məni vaxtilə Koroğlunun dal-dalanacaq tapdığı Çənlibel qalasına aparırdı.Milli vüqarımız Koroğlunun Çənlibel qalasında əsir saxlamaq adəti olmasa da Koroğlu Bülbül məni ömürlük könüllü əsir etmişdir. Fikirləşəndə ki, qaçmağa, can qurtarmağa yol olmayan bu əsirlikdə ömrü başa vuracağam, qəlbən fərəhlənirəm. O, ecaskar səsin az bir hissəsini laqeyidmiz ucbatından, kinolentlərdə deyil aidolentlərdə bizə yadigar qalmışdır. O səsin özünün açılmamış neçə imkanlarını,çalarını Bülbül özü ilə birgə qəbirə aparmışdır. Sonrakı yazılmış və yazılacaq neçə-neçə mahnı və romansa yaşasaydı müğənni özünün "yüksək keyfiyyət nişanı”nı vura bilərdi. O boğaz, o nəfəs və onun yaratdığı emosiya aləmi ancaq böyük Bülbülə məxsus olmuşdur. O səsi, ya da bənzərini gözləmək ya da umudunda olmaq xam xəyaldır. Əvəzi olmayan bu böyük bitkinin əldən getmiş milli sərvətin boş qalan yerini, çəkisini xalqa anlatmaq hər bir Bülbülsevənin müqəddəs işidir. Bülbül, Üzeyir yaradıcılığı Azərbaycan musiqisinin intibah dövrünün məhsuludur. Bütün bunları əldə etmək xalqın gücü xaricindədir. Bir boğazda cəmlənmiş bu qədər var- dövlətin, sərvətin, Bülbüldən çıxaraq azəriləşməsi üçün Bülbül xeyli vaxt və böyük əmək sərf etmişdir.

Hər şeyi "Belkanto” oxu tərzi naminə itirə bilmək riskinə məruz qalmışdır. İndiyə kimi neçə-neçə müğənni dinləmişəm.Yoxdur o kişinin tayı bərabəri. Ancaq heç kimdə ondakı qədər zənginlik, aydınlıq, bolluq, təmtəraq görməmişəm. "Sənsiz”i "Sevgili canan”ı "Oxuma gözəl”i "Girdim yarın bağçasına”nı habelə AZərbaycan bəstəkarlarının bir çox operalarından ariyaları və mahnılarını dinləyərkən ancaq və ancaq sənətin yarada biləcəyi gözəllik aləminə düşürük. Şəxsən mən Bülbülü eşidərkən keçirdiyim hiss və həyəcanlarımın rəngarəngliyini görüb özümü tanıya bilmirəm. Bülbül sənəti özümü mənə belə tanıdır. Sevənlərin məhəbbət istirablarını, insan acılarını,ələmini musiqi qədər dolğun həcmini verən incəsənətin başqa janrını tanımıram. Maqintafonun düyməsini basıram. Müğənninin ifasında Ədilə Hüseyinzadənin "Vəsfin həvəsi” gurlayır. Bülbül boğazından süzülən kədər qəlbimdə çiçək açır çiçəklənir. Nə vaxtsa nəyə görəsə bu torpaqdan ayrı düşsəm bir ovuc torpağına həsrət qalsam qəlbimi bu torpağsız bu torpağı çiçəksiz təsvir edə bilmirəm.

Həsən gəl, ay həsən gəl,
Səbrim evin kəsən gəl.
Könlüm səni arzular, 
Ya mən gəlim,ya sən gəl.

Sən gəlmə ustad, biz gələsiyik, Qoy nəğmələrinlə TANRI ərazisinə ucalaq.
Allah sənə rəhmət eləsin ustad!  

Dahi Bülbülün nikbin sənəti dəfn mərasiminin kədərinə bir qədər fərəh və təbəssüm qatmışdı kiçik uşaqlar  hətta bəzilərinin müxtəlif tərəfdən səzləri eşidilirdi 

"Almanı atdım xarala qaldı sarala sarala"  "yağaram yağış kimi"
 
 
Yazar: Aydın Alıyev Aymobi.com  

Paylaş:


Müəllif : Baxış :
161632
Tarix:
27-03-2016, 14:05
  


loading...