Rəşid Behbudovu xatırlayaq » Qaynar xəbərlərin tək ünvanı

» » Rəşid Behbudovu xatırlayaq

Rəşid Behbudovu xatırlayaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Rəşid Behbudovu xatırlayaq
UCA DAĞ BAŞINDA CEYRAN YOL EYLƏR, ÜRƏYİM BAŞINDA TİKAN KOL EYLƏR Neçə qəlbləri yaraladı bu tikanlı kol həmdə qəlblərdə çiçəklədi -çiçək açdı iylədikcə doymaq olmur bu çiçəklərdən həmdə bu çiçəklərin tikanının hər ürəkdə bir çapığı bir zədəsi vardır.
 
Hammızın qəlbində bir həsrət keçmişdə qalan bu nisgil zədəsi ürəyində tikan kol edənlərin hiss və duyğuları onların sifətindən oxunur. Belələrinin sayı artdıqca həyat maraqlı, daha gözəl olur Gözəllik dünyasını zənginləşdirən səs: Rəşid sənəti - dünyayla birgə hərəkətdə, öndə, həmişə zaman,sərhəd tanımayan , hər vaxt dəyişən dünyamızda, heç vaxt dəyişməyən musiqi dünyasıdır! Rəşidlə bərabər Azərbaycan musiqisində Rəşid möcüzəsi deyim, Rəşid tapmacasımı deyim, hər halda bu səs bizə doğma bəlkədə bir qədər qulaqlara yad döngələr gətirib.
 
Bu səsin yanğısını, daxili alovunu danışmağa, təsvir etməyə sözün gücü çatmayan ifa yeniliyi gətirdi. Bu yanğı keçici, yoluxycu olub dinləyici qəlbində bitib-tükənməz əl-alvan fikir seli yaradır. Bu yanğı sevən ürəklərdə fərəhə, kədərə bəzəndə sükuta çevrilir. Onda ifa etdiyi bütün mahnıları tanınmaz dərəcədə gözəlləşdirmək, nəcibləşdirmək istedadı var idi.
 
"Kücələrə su səpmişəm”, "Gözəlim sənsən” , "Evləri var xana-xana!, " Girdim yarın baxcasına” mahnılarını müqayisə edin Rəşidin şaqraq nəfəsinin dadını-tamını hiss edərsiniz. Bəzən deyiləsi sözlə mümkün olmayan kecirdiyim hissilərin ala buludlarda cövlan etməsinin sirri deyilən bir ifadədə yada eşitdiyim bir bayatıda, bir mahnıda özünü göstərir.
 
Rəşid səsi elə bir sirli dünyadır ki, o mənə yaşanmış illərimin günlərini səhifələməyə belə, kömək edir Rəşid səsinə, Rəşid qəlbində çağlayan ehtirasların, təlatümlər həmdə Rəşid qəlbinin dərd-səri, acıları hopmuşdur. Bu səsin təsiri ilə dinləyici qəlbində qopan "Rəşid təlatümləri” kimsəni təcübləndirməməlidir T. Quliyevin "Baxtəvər oldum, R. Mustafayevin "Qafqaz”, "Yadıma sən düşürsən” Füzulinin sözlərinə bəstələdiyi "Məlahət mülkünün sultanı” romanslarında bu səsin imkanları, nəyə qadir olduğu aydın görünür Onun qıy vuraraq oxuduğu Rauf haciyevin (Azerbaycanim mahnısını kim eşitmeyib? Serraf agil sahibinə o da aydindir ki qartal kimi qollarini acib Azerbycani qucaqlayir Bəlkə o yer kurəsini qucaqlayıb məhəli muharibələrdən zullum çəkən xalqları qoruma çağırışıdır. Musiqi sənətini yaxşı mənada insanı sarsidan qudrətini Reşid bu mahnisi ilə bəşəriyətə unvanlayir. Hər vaxt dəyişilən dunyamizda orijinalığı ilə hec kimə bənzəməyən hec vaxt dəyişilməyən Rəşid sənəti xallqımızla birgə yaşayacaqdir.
 
           Yazar: Aydın Alıyev

Paylaş:


Müəllif : Baxış :
118132
Tarix:
10-03-2016, 19:27
  


loading...