"Uşaqlarda çöp qalması" -VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » "Uşaqlarda çöp qalması" -VİDEO

"Uşaqlarda çöp qalması" -VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Uşaqlarda çöp qalması" -VİDEO

VALİDEYNLƏR ÖVLADINI "ÇÖPÇÜYƏ"APARMAZDAN ƏVVƏL BİRAZ DAHA DƏRİNDƏN DÜŞÜNMƏYƏ BORCLUDURLAR!!

Uşaq əlini burnuna aparır "çöpü" qalıb.

Uşağın "gözü balacalaşıb" çöpü qalıb Uşaq iştahsızdır,qızdırma,qusma,ishal,səpgi,öskürək, və s kimi simptomların olması heç də onu "çöpçüyə" apararaq ciddi təhlükələrə məruz qoymağınıza əsas vermir.Belə ki "çöpçü" ,özümüz öpməyə belə qıymadığımız halda,uşağın nəfəs yollarına üfürərək,onu,daşıdığı bütün növ hava- damcı infeksiyalarına qonaq edir və bu körpənin həyatı üçün çox təhlükəlidir.

Nəzərinizə çatdırım ki, "çöp" yəni yad cisim uşaqların yuxarı tənəffüs yollarına,(qida borusunda və s) düşə bilər. Əlamətləri isə: Buruna düşmüş yad cisim(bunu uşaqlar adətən özləri buruna salır) zamanı uşaq anidən ard-arda asqırmağa,burundan ifrazat axmağa başlayır.Valideyn bunu fərq etməz və uşağı həkimə götürməzsə bir neçə gün sonra bu yad cisim yeri iltihablaşaraq bədən hərarətinin yüksəlməsi,burundan irinli,pis qoxulu ifrazat əmələ gələ bilər.Körpənin belə vəziyyətində valideyn uşağı "çöpçüyə" aparanda ,həm onu digər daha təhlükəli infeksiyalara məruz qoymuş olur,həmdə çöpçü uşağln burnuna üfürərkən burundakı bu yad cisim ani olaraq yuxarı tənəffüs yollarına düşərək boğulma,obstruksiya və nəticədə körpənin ani ölümünə səbəb ola bilər.

Yad cisim yuxarı və aşağı tənəffüs yollarına(qırtlaq,traxeya,bronxlara) düşərkən uşaqda ani olaraq başlayan fasiləsiz öskürək,boğulma,göyərmə halları baş verir.Təbii ki, belə vəziyyətlərdə bu yad cismi steril şəraitdə,uyğun üsullarla həkim-mütəxəssis (QBB həkimi və ya Uşaq cərrahı)xaric etməlidir.!!!



 

 


Paylaş:


Müəllif : Baxış :
147932
Tarix:
3-09-2016, 22:30
  






loading...