Uşaqların ehtiyac duyduğu vitamin və minerallar » Qaynar xəbərlərin tək ünvanı

» » Uşaqların ehtiyac duyduğu vitamin və minerallar

Uşaqların ehtiyac duyduğu vitamin və minerallar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Uşaqların ehtiyac duyduğu vitamin və minerallar

 Uşaqların ehtiyac duyduğu vitamin və minerallar bunlardır:


Kalsium.


Sümük və dişlərin möhkəmlənməsi üçün vacıb sayılır. Kalsium qanın laxtalanma prosesində iştirak edir və orqanizmdə qidanın enerjiyə çevrilməsində rol oynayır. Kalsium aşağıdakı qidalarda olur:

- qatıq

- süd

- pendir

- bişmiş ispanaq


Omeqa 3 və Omeqa 6.


AyMobi.Com immunitet.az-a istinadən bildirir ki, omeqa 6, bir çox qidaların tərkibində olur. Omeqa 3 isə ən çox balıq və balıq məhsullarında olur.


Dəmir


Dəmir qanda hemoqlabinin əmələ gəlməsi üçün lazımdır. Dəmir çatışmazlığı uşaqlarda yorğunluğa, zəifliyə və əsəbiliyə səbəb ola bilir.

Dəmir aşağıdakı qidalarda olur:

- mərci

- quru lobya

- dana əti

- noxud.


Maqnezium


Uşaqların sümük sistemini möhkəmləndirir, immun sistemi gücləndirir, sinir sisteminin düzgün çalışmasına yardım edir. Maqnezium aşağıdakı qidaların tərkibində olur:

- ispanaq

- fısdıq

- kişmiş

- mərci

- qatıq

- banan.


Kalium


Orqanizmin su-duz mübadiləsində iştirak edir, qan təzyiqinin normallaşmasına yardım edir. Ürək ritmlərinin normallaşmasına və əzələlərin yaxşı işləməsinə səbəb olur. Kalium aşağıdakı qidaların tərkibində olur:

- sobada bişmiş kartof

- ərik

- pomidor suyu

- portağal suyu

- bananda


A vitamini


Gözlər və sümüklərin inkişafı üçün lazımdır. Saç, dəri və dırnaqların inkişafı üçün yardımçı olur. A vitamini aşağıdakı qidaların tərkibində olur:

- yerkökü şirəsi

- ispanaq

- yumurta.


C vitamini


Sümüklərin, toxumaların, immunitetin möhkəmlənməsi üçün lazımdır. Aşağıdakı qidaların tərkibində daha çox C vitamini olur:

- portağal suyu

- qırmızı bibər

- kivi

- brokli kələmi

- pomidor.


D vitamini


Orqanizmdə kalsiumun bağırsaqlardan sorulmasına yardım edir. Sümükləri möhkəmləndirir. D vitamini aşağıdakı qidalarda olur:

- samon balığı

- yumurta sarısı.

Tərkibində E vitamini olan qidalar:

- badam

- ispanaq

- kivi.


Sink


Saçların, dırnaqların və dərinin sağlamlığı üçün lazımdır. Sink aşağıdakı qidaların tərkibində daha çox olur:

- mərci

- badam

- noxud

- toyuq budu.


immunitet.az


Paylaş:


Müəllif : Baxış :
91432
Tarix:
1-09-2016, 10:11
  






loading...