Bürclər -14 MAY » Qaynar xəbərlərin tək ünvanı

» » Bürclər -14 MAY

Bürclər -14 MAY


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bürclər -14 MAY

 Qoç - şəxsi həyatda dəyişikliklərə həvəs böyükdür. Bu həvəs bəzən sizi sağlam düşüncəni və yaxınlara hörməti unutmağa vacar edə bilər. Cazibəyə müqavimət göstərmək üçün özünüzdə güc tapın. Bu günkü məsuliyyətsizlik və sadəlövhlüklər sonradan çox ciddi şəkildə cəzalandırılacaq.


Buğa -  istənilən məsələni iki dəfə düşünün, problemlərin bir yox, bir neçə həllini tapmağa çalışın. Bu gün bir neçə dəfə yolayrıcında qalmalı və hansı yolun uğura, hansının uğursuzluğa apardığını seçməli olacaqsınız.


Əkizlər - bu gün sizin gününüz deyil. İtkiləri minimuma endirmək olarmı? Bəli! Amma bunun üçün ehtiyatlılıq nümayiş etdirmək lazımdır.


Xərçəng - sevgili Qızlar üçün gün, səbəbini sonadək başa düşə bilməyəcəkləri hisslərlə yadda qalacaq: qeyri-müəyyən şübhələr, əsassız həyəcan xoşbəxtlik üfüqünə kölgə salacaq. Fantaziyaya sərbəstlik verməyin. Əks təqdirdə, milçək filə çevriləcək.


Şir - günü yaddaqalan heçab etmək olmaz. O, hiss olunmadan keçəcək və yalnız yüngül yorğunluq yaradacaq. Lakin sonralar baş verənləri təhlil etmək üçün bu günə çox qayıtmalı olacaqsınız. Əgər bu gün nəsə diqqətinizi cəlb edirsə, onu diqqətlə nəzərdən keçirin. Çox güman ki, tale sizə işarə verir.


Qız - günün emosional fonu rahatdır. Özünüzü çox rahat və yüngül hiss edəcək, şəraitə tez uyğunlaşacaqsınız. Əgər yorulsanız, bu, bir neçə dəqiqə çəkəcək. Bu gündən maraqlı tanışlıqlara başlamaq üçün istifadə etmək olar.


Tərəzi - istənilən danışıqlar çox uğurlu keçəcək. Yeni iş və ya müştəri axtarmağınızdan asılı olmayaraq, tapıntılarınız uğurlu olacaq.


Əqrəb - uzun müddət xatırlayacağınız yaxşı gündür. Bu gün yeni imkanlar açılacaq və uzağa gedən planlar qurmaq imkanınız olacaq. İndi qəbul etdiyiniz qərarlar bir neçə ay ərzində həyatınıza təsir göstərəcək


Oxatan - həddindən artıq işləməmək vacibdir. Çünki həyat potensialı aşağıdır və böyük yük əhvalınıza pis təsir göstərə bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq, xüsusilə, yeni marşrutlar üzrə hərəkət etmək məsləhət görülmür. Bu gün həmişəkindən çox yorulacaqsınız və diqqətiniz tez yayınacaq.


Oğlaq - əgər məqsəd və vəzifələrinizi aydınlaşdıra bilsəniz, gün böyük itkilərsiz keçəcək. Əslində sizə lazım olmayan şeyləri əldə etmək üçün xeyli güc sərfetmə ehtimalınız var. Digər çətin məqam sizin hələ bilmədiyiniz yeni işlərin ortaya çıxa biləcəyi ilə bağlıdır. Təlaşlanmayın, bir qədər sonra hər şey aydınlaşacaq.


Dolça - şəxsi həyatınızda işlər istədiyiniz kimi getməyəcək. Lakin nəyin niyə baş verdiyini, baş verənlərin nə ilə nəticələnə biləcəyini anlayacaqsınız. İndi siz yalnız qərarlar qəbul etməyə yox, həm də qərarlarınıza görə məsuliyyət daşımağa hazırsınız.


Balıqlar - artıq səhər tezdən anlayacaqsınız ki, bu gün görkəmli hadisələr və başgicəlləndirici uğurlarla zəngin olmayacaq. Ona görə də hansısa əhəmiyyətli işə girişmək məsləhət deyil. Xırda qələbələr isə mümkündür. Üstəlik, belə qələbələrin sayının çox olacağını gözləməyə dəyər.



Paylaş:


Müəllif : Baxış :
153932
Tarix:
14-05-2017, 08:24
  


loading...