Balakən Rayonu: Tanınmış şəxsiyyətlər » Qaynar xəbərlərin tək ünvanı

» » Balakən Rayonu: Tanınmış şəxsiyyətlər

Balakən Rayonu: Tanınmış şəxsiyyətlər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakən Rayonu: Tanınmış şəxsiyyətlər

 Əli Ansuxski


Müxtəlif illərdə Balakən rayon şirə sexinin direktoru, Balakən rayon Konserv zavodnun direktoru, Aqrar birliyin Baş direktoru vəzifələrində çalışmışdır.

1990-cı ildə XII çağırış Azərbaycan SSR Ali Sovetinə Balakən rayonu 177 nömrəli Xalatala seçki dairəsindən xalq deputatı seçilmişdir. Xalq deputatı seçilən zaman Ə. Ansuxski Balakən rayon Konserv zavodunun direktoru işləyirdi.O, bitərəf kimi 1995-ci ildə keçirilən seçkilərdə 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmişdi.

Xeyriyyəçilik fəaliyyəti ilə tanınmış, Balakən rayonunun tikinti-abadlıq işlərində böyük xidmətləri olmuşdur. Balakən rayonunun mərkəzi küçələrindən biri və "Balakans" konserv zavodu onun adını daşıyır.
 
Laləzar Mustafayeva
Ali təhsilini 1990-cı ildə başa vuran L.Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. Aktrisa işlədiyi illər ərzində o, İçgen xatun ("Özümüzü kəsən qılınc"), Məlahət ("Rəqabət", B.Vahabzadə), Ameliya ("Dişi canavar", F.Q.Lorka), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə), Qumru müəllimə ("Ana intiqamı", V. Babanlı), Abbi Patnem ("Qarağaclar altında ehtiraslar", Y.O Nil), Məhin banu ("Fərhad və Şirin",S.Vurğun), Ziba xanım ("Lənkəran xanının vəziri", M.F.Axundov), Hüquqə xanım ("Bu dünyanın adamları", Hidayət) kimi obrazlar yaratmışdır. Aktrisa "Güllələnmə təxirə salınır" (Laləzar), "Gənc qadının əri" (Xalidə), "Uzun gecə" (Qadın), "Qəzəlxan" (Birinci arvad), "Qara volqa" (Pəncəli), "Divar" (Nazlı), "Ağ atlı oğlan" (Şəhla) bədii filmlərinə çəkilib.Laləzar Mustafayeva teatr sənətindəki fəaliyyətinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
 
TELMAN ADIGÖZƏLOV
 AZƏRBAYCAN RESPUBLIKASININ XALQ ARTISTI (2006).
TELMAN ADIGÖZƏLOV 1953-CÜ IL IYULUN 17-DƏ BALAKƏN RAYONUNDA ANADAN OLMUŞDUR. 1975-CI ILDƏ AZƏRBAYCAN DÖVLƏT İNCƏSƏNƏT İNSTITUTUNUNDRAM VƏ KINO AKTYORLUĞU FAKÜLTƏSINI BITIRMIŞDIR. 1980-CI ILDƏN AKADEMIK MILLI DRAM TEATRINDA FƏALIYYƏTƏ BAŞLAYAN AKTYOR, TEATR SƏHNƏSINDƏ MARAQLI OBRAZLAR YARATMIŞDIR. BUNLARDAN C. MƏMMƏDQULUZADƏ "DƏLI YIĞINCAĞI" ZƏNCIRVURAN, İ.ƏFƏNDIYEV "XURŞIDBANU NATƏVAN" DAŞDƏMIR, "MAHNI DAĞLARDA QALDI" RƏHMAN, ŞEKSPIR "MAQBET" FLINS, M. İBRAHIMOV "KÖZƏRƏN OCAQLAR" XANƏHMƏD, H.CAVID "İBLIS" ŞEYPURÇU, S.VURĞUN"VAQIF" TƏLXƏK, S.RƏHMAN "NIŞANLI QIZ" ÇEŞMƏKLI KIŞI, E.BAXIŞ "QƏDR GECƏSI" OYUNBAZ, ELÇIN "AH PARIS…PARIS!.." ƏHMƏD, "MƏNIM SEVIMLI DƏLIM" PROFESSOR, R.NOVRUZ "HƏLƏ "SEVIRƏM" DEMƏMIŞDILƏR"DƏ QUMARBAZ OBRAZLARINI GÖSTƏRMƏK OLAR.

İSTEDADLI AKTYOR DÖVLƏT TELEVIZIYASINDA HAZIRLANMIŞ "YAŞIL EYNƏKLI ADAM", "ORDAN-BURDAN", "QONŞULAR", "AZƏRBAYCANFILM" KINOSTUDIYASINDAISTEHSAL OLUNMUŞ "NƏSIMI", "ÜZÜ KÜLƏYƏ", "XATIRƏLƏR SAHILI" KIMI FILMLƏRDƏ XARAKTERIK ROLLAR OYNAMIŞDIR.
TELMAN ADIGÖZƏLOV 2000-CI ILDƏ AZƏRBAYCAN RESPUBLIKASININ ƏMƏKDAR ARTISTI VƏ 2006-CI ILDƏ XALQ ARTISTI FƏXRI ADLARINA LAYIQ GÖRÜLMÜŞDÜ.

TELMAN ADIGÖZƏLOV 2010-CU IL APRELIN 15-DƏ 57 YAŞINDA ÜRƏK ÇATIŞMAZLIĞINDAN VƏFAT EDIB.BIR QIZI, BIR OĞLU VAR.
 
Nailə İslamzadə 
Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda doğulub. Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) oxuyarkən müsabiqə yolu ilə Azərbaycan Dövlət Televiziyasında işə qəbul olunub, diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. İşlədiyi müddət ərzində "Xəbərlər" proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olub. 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyir. Eyni zamanda Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısıdır.
 
Mustafa Mustafayev 
Azərbaycan Dövlət Neft Akademiyasının dosenti, texniki elmləri namizədi.
1938-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1956-cı ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1961-ci ildə ali məktəbi bitirib. 1 il Balakəndə riyaziyyat müəllimi işləyib. 1962-ci ildən Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda assistent, baş müəllim işləyib. ADU-nun (BDU) aspiranturasına daxil olub. 1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini alıb. 1975-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında dosent vəzifəsində çalışır. Hal-Hazırda Azərbaycan Dövlət Neft Akademiyasının "Tətbiqi mexanika" kafedrasında işləyir. 32 elmi məqalənin, çoxlu sayda dərs vəsaiti və metodiki işin, 7 kitabın müəllifidir.Ailəlidir, 5 övladı var.
 
Həqiqət Hacıyeva  
Həqiqət Hacıyeva 1953-cü il aprel ayının 23-də Balakən rayonunun Tülü kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildə məktəbi qızıl medalla bitirmiş, Bakı 1 nömrəli tibb texnikumuna qəbul olmuşdur. 1971-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirib Balakən rayon mərkəzi xəstəxanasında tibb bacısı vəzifəsindı işə başlamışdır.
1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakultəsinə bir imtahanla qəbul olmuş və 1978-ci ildə biologiya müəllimi ixtisasına yiyələnmişdir.

1983-cü ildə Azərbaycan Respublikası ETPEİ-nin (indiki Təhsil Problemləri İnstitutu) dəvəti ilə aspiranturaya daxil olan H.Hacıyeva 1990-cı ildə "İqtisadi biliklərin öyrədilməsində fənlərarası əlaqədən istifadə" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun doktorantı kimi "Ümumtəhsil məktəblərində biologiya fənninin tədrisində tibbi biliklərin öyrədilməsi üzrə işin sistemi" mövzusunda dissertasiya işi müdafiəyə hazırıdr.

O, 2005-2006-cı illərədə Təhsil Nazirliyində "Həyatı Bacarıqlara Əsaslanan Təhsil" kurrikulumunun işçi qrupunun üzvü kimi I-IV siniflər üçün kurrikulumun işlənilməsində müəlliflik fəaliyyəti göstərmişdir.

2006-2007-ci illərədə ali məktəblərdə sinif müəllimi hazırlığı üzrə "Həyat bilgisi və onun tədrisi metodikası" kurrikulumunun hazırlanmasında milli məsləhətçi olmuşdur.

2006-cı ildə Təhsil Nazirliyi, Qlobal fond və UNİSEF-in birgə təşkil etdiyi Həyati Bacarıqlara Əsaslanan Təhsil üzrə "Təlimçilərin Təlimi" seminarını müvəffəqiyyətlə bitirmiş və onun şəhadətnaməsini almışdır.
H.Hacıyeva 2008-ci ildə ADPU-nin keçirdiyi "İlin alimi" müsabiqəsinin qalibi olmuşdur. O, eyni zamanda "Qızıl qələm" mükafatı laureatıdır.
Həqiqət Hacıyeva ekoloji biliklərin fəal təbliğatçısı kimi 2008-ci ildə "Yaşıl Paket" üzrə keçirilən təlim kursunu fəal iştikaçı kimi bitirmişdir.
Bütövlükdə 130-dan artıq elmi əsərin (21 kitab, o cümlədən 6 dərslik, 2 dərs vəsaiti, 5 metodik vəsait, 10 proqram, 3 monoqrafiya) müəllifidir.
1.Uşaq anatomiyası və fiziologiyası (ali məktəblər üçün dərs vəsaiti). Bakı: 1998
2.H.Əliyev baxışlarından biologiyanın tədrisində istifadə məsələləri. Bakı: 1998
3.Ətraf aləmlə tanışlıq (ali məktəb dərsliyi). Bakı: 2003
4.Tibbi biliklərin əsasları. Bakı: 2004
5.Dərman bitkiləri (dərs vəsaiti). Bakı: 2007


Paylaş:


Müəllif : Baxış :
23032
Tarix:
9-07-2018, 23:15
  


loading...