Dövlət Sərhəd Xidməti haqqında Əsasnamədə - Dəyişiklik » Qaynar xəbərlərin tək ünvanı Dövlət Sərhəd Xidməti haqqında Əsasnamədə - Dəyişiklik » Qaynar xəbərlərin tək ünvanı

» Dövlət Sərhəd Xidməti haqqında Əsasnamədə - Dəyişiklik

Dövlət Sərhəd Xidməti haqqında Əsasnamədə - Dəyişiklik


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Dövlət Sərhəd Xidməti haqqında Əsasnamədə - DəyişiklikPrezident İlham Əliyev 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

"Qafqazinfo”nun məlumatına görə, fərmanda deyilir:

1.1. 9.4-cü bənddən "və nəqliyyat vasitələrinin" sözləri çıxarılsın;

1.2. 9.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

"9.6. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada nəzarət-buraxılış məntəqələrindən şəxslərin buraxılışının həyata keçirilməsini təmin edir;";

1.3. 9.7-ci bənddə "qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə" sözləri "digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan" sözləri ilə əvəz edilsin;

1.4. 11.3-cü bənddə "xidməti" sözündən əvvəl "əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar" sözləri əlavə edilsin, "və digər aidiyyəti orqanlarla" sözləri "orqanları ilə" sözləri ilə əvəz edilsin, həmin bənddən "qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada plomblanmış" sözləri çıxarılsın.

Eyni zamanda, Nazirlər Kabinetinə Prezident aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Paylaş:


Müəllif : Baxış :
49832
Tarix:
21-05-2016, 18:20
  


loading...